Sentyabrın 17-də Sabirabada gələn Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə rəsmi informasiya agentliyi olan "Azərtac" məlumat yayıb.
Dövlət başçısı müşavirədə nitq söyləyir.
***
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonuna gəlib.
Teleqraf.com-un məlumatına görə, dövlət başçısı Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub, pambıqçılarla görüşüb və söhbət edib.