Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov Astarada növbəti vətəndaş qəbulu keçirəcək.
ƏMDK-nin verdiyi məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq komitə sədri Kərəm Həsənov 4 iyul 2014-cü il tarixində baş tutacaq.
Qəbulda Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Astara şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək./ans press/