30 İyun 2014 11:17
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyası bu gün də öz işini davam etdirib.

Teleqraf.com bildirir ki, hazırda ATƏT-in Təhlükəsizlik və Siyasi məsələlər komitəsinin iclası keçirilir.

İclasda Ukraynaya hərbi yardım məsələləri müzakirə edilir. Ukrayna ilə bağlı qəbul ediləcək sənədlərə əlavə dəyişikliklər üçün səsvermələr keçilir. Komitə üzvlərinin əksəriyyəti təklif ediblər ki, Rusiya Ukrayanaya hərbi müdaxiləsini dayandırsın və hərbi texnikalarını oradan çıxarsın. Nümayəndə heyyətlərindən bəziləri bildiriblər ki, ötən gün Xarkova Rusiya tərəfindən hava zərbələri endirilib.

Ukrayna ilə bağlı qəbul ediləcək sənəddəki 14,15-ci maddələrdə dəyişiklik edilməsi ilə bağlı səsvermə keçirilib. Həmin maddələrdə dəyişiklik edilib. Dəyişikliyə əsasən Ukraynadakı vəziyyətin qiymətləndirlməsi zamanı Rusiya tərəfinin mövqeyi də öyrəniləcək.

İclasda çıxış edən erməni nümayədə heyyətinin üzvi, "Respublikaçılar Partiyası" fraksiyasından olan deputat Artaşes Qeqamyan regiondakı bütün münaqişələrin eyni tutulmaması gərəkdiyini vurğulayıb: “Biz bütün münaqişlərin eyni səviyyədə tutulmasının əleyhinəyik. Hər bir münaqişəyə uyğun olaraq müvafiq qərar qəbul olunmalıdır”.


Müəllif: