Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum şəffaf və seçicilərin yüksək fəallığı ilə keçib.
Bunu Trend-ə sentyabrın 26-da Azərbaycanda keçirilən ümumxalq səsverməsində müşahidəçi qismində iştirak edən Fransa senatının üzvü Natali Qule deyib.
N.Qule bildirib ki, biz seçki məntəqələrində çox vaxt keçirdik: "Seçki məntəqələrində çox insan var idi. Biz seçki qutularının açılmasını müşahidə etdik, hər şey çox şəffaf idi". Seçicilərin fəallığı məsələsinə toxunan N.Qule deyib ki, bu çox yaxşı nəticədir, adətən Fransada bu göstərici daha az olur.