“Türkiyədə turizmi hədəf seçən terror hadisələrinin təkrarlanması üçün tədbirlər görürük”.
Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Mədəniyyət və turizm naziri Nabi Avcı deyib.
Bununla belə, nazir hesab edir ki, bu cür hadisələr Türkiyə turizminə mane olmur: "Terror olaylarına baxmayaraq Türkiyə yenə də layiqli turizm məkanlarındandır".
Nazir qeyd edib ki, Türkiyə ilə Azərbaycan 3-cü ölkələr üçün turizm sahəsində xüsusi kampaniya və proqramları hazırlayır.
İlhamə ƏBÜLFƏT