27 Sentyabr 2016 14:03
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-də "ADEX-2016" Beynəlxalq müdafiə sərgisi çərçivəsi çərçivəsində Azərbaycanın "Silk Way Helicopter Services" (SWHS MMC) kommersiya helikopter şirkəti və Rusiyanın vertolyot holdinqi "Vertolyoti Rossii" niyyət sazişi imzalayıblar.

Teleqraf.com-un məlumatına görə, sənədi "Silk Way Helicopter Services" şirkətinin baş direktoru Azər Sultanov və "Vertolyoti Rossii" SC-nin baş direktorunun müavini İqor Çeçikov imzalayıblar.

Sazişə əsasən, Azərbaycanda vertolyotlara, o cümlədən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının balansında olan vertolyotlara texniki xidmət və əsaslı təmiri üzrə servis mərkəzi yaradılacaq.

"Silk Way Helicopter Services" şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Aviaşirkətin vertolyotları hər il 50 mindən artıq sərnişin daşıyır.

"Vertolyoti Rossii" - Rusiyada vertolyotların yeganə istehsalçısı, eləcə də dünyada müasir mülki və hərbi vertolyotların layihələndirilməsi, istehsalı, sınağı və texniki xidmət imkanlarına malik azsaylı şirkətlərdən biridir.


Müəllif:

Oxşar xəbərlər