29 Sentyabr 2016 12:16
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən gecə Bakıda yağan yağışlar vaxtı kanalizasiya xətlərində heç bir problem yox idi. Sadəcə suyun həcmi çox olduğu üçün suyun bir hissəsi küçələrdə yığılmışdı”.

Teleqraf.com-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Anar Cəbrayıllının sözlərinə görə, paytaxtın kanalizasiya xətləri vaxtında təmizlənir: “Kanalizasiya xətləri normal rejimdə işləyir. Ötən gecə yağan yağışların həcmi çox idi. Küçələrdə toplanan yağıntıların miqdarı çox olduğu üçün kanalizasiya xətləri həddindən çox yüklənib və çirkab suyun daşınmasını çatdıra bilməyib”.

ASC rəsmisi qeyd edib ki, “Azərsu” ASC-nin müvafiq şöbələrinin əməkdaşları bu gecə səhərə qədər problemi aradan qaldırmaq üçün işləyiblər: “Bizim qurumun, Fövqəladə Hallar Nazirliyinin, “Azəravtoyol” ASC-nin və digər qurumların işçiləri ilə birlikdə səhərə qədər işləyiblər.

Yağan yağışların fəsadlarının aradan qaldırılması üçün işlər görülüb. Yağış dayanandan sonra küçələrdə yığılan sular çəkilib”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirib ki, Bakıya düşən 65 mm yağıntı aylıq normanın 381 faizi deməkdir. Bu isə aylıq normadan təxminən 5 dəfə çoxdur.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər