29 Sentyabr 2016 21:57
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın əməkdaşları tərəfindən Vikipediyanın ingilis dilində olan bölməsində Bakı haqqında məqalədə baş verən təxribatın qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, məqalədə Bakının tarixi, mədəniyyəti və ictimai həyatı ilə bağlı ümumi məlumatlar verilib. Məqalənin Bakıda yaşamış görkəmli şəxslər bölməsində (Notable residents) 10 şəxsin təsviri var idi. Məqalənin ilkin formasında qərəzli şəkildə ancaq ermənilər göstərilmişdir. Edilən müdaxilə nəticəsində bu əlavələr ləğv edilib və məqalənin əvvəlki forması bərpa olunub.

Qeyd etmək lazımdır ki, Azərbaycanın tarixi,mədəniyyəti və ictimai həyatı ilə bağlı olan məqalələr gündəlik şəkildə Ermənistandan olan istifadəçilərin qərəzli müdaxilələrinə məruz qalmaqdadır.


Müəllif: