30 Sentyabr 2016 13:39
366

Ötən il 161 nəfər istehsalatda bədbəxt hadisələr zamanı zərər çəkib, onlardan 50 nəfəri ölüb.

Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, zərərçəkənlərdən 12 nəfəri mədənçıxarma sənayesində olub, onlarda 1 nəfəri ölüb. Emal sənayesində 37 nəfər zərər çəkib ki, onlardan 12 nəfəri dünyasını dəyişib.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında zərər çəkən 13 nəfərdən 5-i, su təchizatı, tullantıların təmizlənməsi və emalında zərər çəkən 3 nəfərdən 2-si, anbar təsərrüfatında zərərçəkən 15 nəfərdən 7-si vəfat edib. İnformasiya və rabitə sahəsində 2 nəfər zərər çəkib.

Daha çox tikintidə zərərçəkənlər olub. 45 nəfər zərər çəkəndən 14 nəfəri ölüb.

Qeyd edək ki, bədbəxt hadisələr zamanı ən çox ölənlərin sayı 2007-ci ildə olub. Həmin il 330 nəfər istehsalatda bədbəxt hadisələr zamanı zərər çəkib. Onlardan 128 nəfəri ölüb.

İlhamə ƏBÜLFƏT


Müəllif: