30 Sentyabr 2016 18:32
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İRNA informasiya agentliyinin icraçı direktoru Məhəmməd Hodadi dörd ölkəni təmsil edən rəsmi agentliyin birgə qurum yaratmasını təklif edib.

Teleqraf.com İRNA agentlyinə istinadla xəbər verir ki, təklif bu gün V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində baş tutan “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda dəyirmi masada səslənib.

Məhəmməd Hodadi "Azərtac" (Azərbaycan), İTAR-TASS (Rusiya), "Anadolu" (Türkiyə) və İRNA informasiya agentliklərinin yeni informasiya dövründə problemləri aradan qaldırmaq üşün birgə komitə yaratmalı olduğunu bildirib.


Müəllif:

Oxşar xəbərlər