30 İyun 2014 20:03
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya "Çin ordusunun generalı Kommunist partiyasından qovulub və rüşvət ittihamı ilə məhkəməyə cəlb olunacaq".

Teleqraf.com bildirir ki, bunu Çin Xalq Respublikasının sədri Si Tszinpin deyib.

Si Tszinpin korrupsiya ilə başladığı mübarizədə rüşvət ittihamı irəli sürülən ən yüksək rütbəli hərbçinin general Xu Caihou olduğunu bildirib.

Çin lideri deyib ki, o, rüşvətlə bağlı heç bir rütbəyə baxmayacaq.

Qeyd edək ki, Xu Caihou Siyasi Büronun üzvüdür və Mərkəzi Hərbi Komissiyanın sədr müavinidir.

Müstəntiqlər müəyyən ediblər ki, Xu və onun qohumları pulla və əmlakla rüşvət alırmış./ans press/


Müəllif: