5 Oktyabr 2016 22:35
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Bakıda səfərdə olan Roma Papası Fransisk Qafqaz regionuna səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsini həlli yolunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Papa münaqişənin yalnız sülh yolu ilə həllinin mümkünlüyünü bildirib.

“Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında beynəlxalq normalar çərçivəsində sülh danışıqlarının aparılmasıdır. Digər yol müharibədir, müharibə isə həmişə dağıntılara səbəb olur, şəhərlər və kəndlər xarabalığa çevrilir. Münaqişəsinin hərbi yolla həlli yoxdur. Sülh üçün dua etmək lazımdır”, - deyə Roma Papası bildirib.


Müəllif:

Oxşar xəbərlər