7 Oktyabr 2016 09:37
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunda insidentlərin sayı artıb. Rəsmi məlumata əsasən ilin doqquz ayında təkcə qətl və intihar hallarının sayı ötən illə müqayisədə dörd dəfə çoxalıb. Beynəlxalq qurumun hesabatına əsasən isə Ermənistan ordusunda 69 ölüm faktı qeydə alınıb.

İlk yarım ildə Ermənistan ordusunda qətllərin sayı 12-yə, intiharların sayı isə 10-a çatıb. Bu ötən illə müqayisədə 4 dəfə çoxdur. Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin verdiyi məlumata əsasən rəsmi məlumat həqiqəti əks etdirmir. Qətl və intiharların sayı Ermənistan Müdafiə Nazirliyinin açıqladığı rəqəmlərdən daha artıqdır. Beynəlxalq qurumun hesabatına əsasən, Ermənistan ordusunda 69 ölüm faktı qeydə alınıb. Bunlar bədbəxt hadisə, təbii fəlakət, qətl, intihar nəticəsində baş verib.

Hesabat dövründə ölüm hallarının 20-si Ermənistandakı hərbi hissələrdə qeydə alınıb. Hərbi qulluqçu Merujan Aloyan təqib və işgəncəyə məruz qalacağını bilə-bilə sosial şəbəkədə öz şəxsi səhifəsində belə bir məlumat paylaşıb. Ölkədə mövqe və sərvət üstündə aparılan “klan savaşı” orduya da sirayət edib. Belə neqativ halların qurbanına çevrilmiş, fiziki və psixoloji cəhətdən düşdüyü mühitə uyğunlaşa bilməyən gənc əsgərlər xidmətin ilk günlərindən ya intihar etmək yolunu seçir, ya da özünə xəsarət yetirərək xidmətdən yayınmağa çalışır. Orduda insidentlərin çoxalması valideynlərin narahatlığına səbəb olub. Onların hərbi hissələrdə övladları ilə əlaqə yaradılmasına belə imkan verilmir.


Müəllif:

Oxşar xəbərlər