13 Oktyabr 2016 00:35
1 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İrəvan hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində hazırlanan məhsulları Ermənistanda istehsal edilmiş kimi göstərərək, beynəlxalq bazara çıxarır".

Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyənin "Haber 7" saytı məlumat dərc edib. Məlumatda bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi işğal altındakı Azərbaycan torpaqlarında yerləşən qeyri-leqal iqtisadi fəaliyyətlərlə bağlı bəyanat hazırlayıb:

"107 səhifəlik xüsusi bəyanatda beynəlxalq hüququn Azərbaycan torpağı kimi qəbul etdiyi bölgələrdə Ermənistanın iqtisadi fəaliyyətlərindən ətraflı söhbət açılıb. Bu bölgələrdə fəaliyyət göstərən böyük şirkətlərin Ermənistandakı siyasətçilərlə bağlı olduğu, onların İrəvan hökuməti tərəfindən dəvət edildiyi, bu şirkətlərə vergidə endirim, pulsuz evlər və qrant kreditlər təklif edildiyi bildirilib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon 1993-cü ildən işğal altındadır. BMT-nin də qərarı ilə işğalı tanınan bu bölgələrdə ermənilər ilə Azərbaycan ordusu arasında tez-tez atışmalar baş verib.

"Azərbaycanın işğal altındakı torpaqlarında qeyri-leqal iqtisadi fəaliyyətlər" adlı bəyanata görə, azərbaycanlıların köçürülməsi ilə demoqrafik üstünlüyünü təmin edən ermənilərin regiondakı iqtisadi fəaliyyətləri beynəlxalq səviyyədə davam edir. İrəvan hökuməti Azərbaycanın Laçın, Şuşa, Zəngilan, Qubadlı, Kəlbəcər və Xocavənd kimi bölgələrində yerləşən mədənləri qeyri-leqal şəkildə Ermənistan mənşəli olaraq dünyaya tanıtmağa çalışır.

Ermənistanın Qarabağ məsələsindəki qeyri-konstruktiv mövqeyi ilə bölgədən əldə etdiyi iqtisadi qazanc arasında paralellik mövcuddur. Ermənistan diasporu vasitəsilə işğal altındakı ərazilərə çox sayda erməni ailələri köçürülür. Amerika, Fransa və İngiltərə kimi ölkələrdə yaşayan ermənilər bu məsələdə İrəvan hökumtəinə maliyyə yardımı göstərir. Köçürülənlərə 10 il ərzində bu bölgədə yaşamaq şərti ilə pulsuz ev, kənd təsərrüfatı alətləri, ev heyvanları və maddi dəstək verilir. Bölgədəki kəndlərdə yaşayış səviyyəsinin 2017-ci ilə qədər 1000 nəfər çatdırılması hədəflənib.

Bəyanatda bildirilir ki, Ermənistan bölgədəki çoğrafi adları erməni mədəniyyətinə və tarixinə bağlı formada dəyişdirir. Bundan başqa, Azərbaycan torpaqlarındakı tarixi abidələr məhv edilir, məscidlər, mədrəsələr dağıdılır. İşğal bölgəsində enerji istehsal müəssisələri, yaşayış, kənd təsərrüfatı, suvarma və nəqliyyat infrastrukturu qurulur. Qiymətli və nadir ağac növlərinin olduğu meşələr sənaye məqsədli ilə kəsilir. Nəzarətsiz sənaye müəssisələr də ətraf mühiti çirkləndirir".

Samir


Müəllif:

Oxşar xəbərlər