Milli Məclisin payız sessiyasının növbəti iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, spiker Oqtay Əsədov bildirib ki, gündəlikdə 30 məsələ var, lakin 7 və 8-ci məsələlər müzakirə edilməyəcək.
Qeyd edək ki, gündəlikdə olan yeddinci məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanununun layihəsi, səkkizinci məsələ isə “Reklam haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanunun layihəsi idi.
NEMƏT