Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının oktyabrın 18-19-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Təhsil və maarifçilik: sülh və yaradıcılığa doğru yol” mövuzusunda keçiriləcək 43-cü xarici işlər nazirləri şurasında iştirak edəcək. Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə İƏT xarici işlər nazirlərinin şurasında E.Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
Səxavət