16 Oktyabr 2016 20:52
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan mülki hava gəmilərindən (təyyarələrdən) hərbi məqsədlər üçün istifadə imkanlarını nəzərdən keçirir.


AzeriDefence-nin apardığı araşdırmaların nəticələrinə görə, ermənilərin bu ideyasının reallaşması Azərbaycan üçün problemlər meydana çıxara bilər.


Belə ki, İrəvanda keçirilən “ArmHiTec-2016” müdafiə sərgisində Ermənistanın “65 nömrəli hərbi zavod”unun əməkdaşı Rafiq Soqomonyan bu planın bəzi təfərrüatlarını açıqlayıb.

R.Soqomonyan zavodda istehsal edilən idarə olunmayan raketlər barədə danışarkən deyib: “Biz həmçinin 10 km məhvetmə uzaqlığına malik idarə olunmayan raketləri istehsal edirik. O raketləri həm yerdən, həm də mülki təyyarədən buraxmaq olar. Bir uçuş zamanı təyyarədə 20-dək raket yerləşdirmək olar”.

Müəssisə nümayəndəsinin “özünü reklam”la açıqladığı bu informasiya ermənilərin növbəti provokasiyası sayıla bilər. Ermənilərin son illərdə mülki əhalidən, mülki texnikalardan istifadə etməklə öz hərbi planlarını gerçəkləşdirməsinə dair Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən kifayət qədər faktlar ortaya qoyulub. Ekspertlərin fikrincə, bunu nəzərə alıb, ermənilərin xəbərini diqqətlə analiz edərək, Azərbaycan Dövlət Mülki Aviasiya Adminstrasiyası İCAO qarşısında məsələ qaldıra, beynəlxalq təşkilatlara xəbərdarlıq edə bilər.

“Mülki kodu olan, beynəlxalq və ya lokal səviyyəli uçuşlar yerinə yetirən hava gəmilərinin rəqibin ərazilərinin bombalanmasında və digər hərbi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Silahlandırılmış və hərbi məqsədlər üçün istifadə edilən təyyarələrin vurulmasından ermənilər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı istifadə etməyə çalışacaqlar”, – deyə saytın ekspertləri bildiriblər.


Müəllif:

Oxşar xəbərlər