Rusiyanən ən seksual qadını adına layiq görülən supermodel İrina Şeykin yeni videosu yayılıb.
Teleqraf.com bildirir ki, model ev şəraitində kamera qarşısına keçərək cazibədar pozalar verib. Daha sonra isə: "İrina hər dəfə gözünü qırpanda dünyada iki yeni məhsul satılır"-şərhi ilə şəxsi İnstagram səhifəsində paylaşıb. Gecə yarı yüklənən video çarxı pərəstişkarlar səhər izləyə biliblər. Modelin fanatlarından biri isə yazdığı fikirləri ilə diqqət çəkib: "Allah səni öldürsün Ronaldo, bəxtin gətirib əclaf"- sözləri birmənalı olaraq qarşılanmayıb.
Qeyd edək ki, həftə sonu Parisdə dünyaca məşhur "Givenchy" brendi kişilər üçün hazırladığı 2015-ci il yeni kolleksiyasını nümayiş edib. Oğlan modellər ilə yanaşı podiuma məşhur xanım modellər də çıxıb. Onların sırasında Adriana Lima, İrina Şeyk, Kendis Sveynpol və İzabel Fontana da olub./ans press/