“Ölkə ərazisinə yağan yağışlar nəticəsində çaylarda daşqın olub”.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə Teleqraf.com-a açıqlamasında deyib
Direktor müavininin sözlərinə görə, Azərbaycanda bir çox çaylarda gursululuq olub, bəzi çaylar öz sahilindən çıxaraq ətrafa ziyan vurub: “Gursululuq əsasən Dəmiraparançayda müşahidə edilib. Normadan artıq yağıntının düşməsi Girdimançay, Qudyalçay, Göyçay, Qusarçay da daşqına səbəb olub”.
Elbrus Əlizadə yağan yağışlar nəticəsində aktivləşən sürüşmə zonalarının da adlarını açıqlayıb: “Şamaxı, Ağsu, İsmayıllı, Qobustan-Şamaxı yolunun ətrafında, Xızı, Quba, Qusar, Siyəzən, Lənkəran, Astara zonası, Lerik, Yardımlı rayonu ərazisində, həmçinin Gədəbəy-Daşkəsən rayonları ərazisində sürüşmə zonaları aktivləşib”.
İlhamə ƏBÜLFƏT