1 İyul 2014 19:51
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya BBC News “Zaha Hadidin Bakıdakı layihəsi ilin mükafatına layiq görülmüşdür” sərlövhəli məqalə yayıb.

Teleqraf.com ans-press-ə istinadən məlumat verir ki, dünya şöhrətli memar Zaha Hadid Heydər Əliyev Mərkəzinin dizaynına görə “İlin muzey dizaynı-2014” mükafatına layiq görülüb.

Bildirilir ki, Zaha Hadid son 7 ildə bu mükafata layiq görülmüş ilk qadın memardır.

Yazıda Londonda keçirilən mükafatlandırılma mərasimi haqqında məlumat verilir. Heydər Əliyev Mərkəzinin arxitekturasına görə mükafatlandırılan ilk layihə olduğu diqqətə çatdırılır.

Məqalədə mükafatlandırma üzrə münsiflər heyətinin sədri Ekov Eşunun Heydər Əliyev Mərkəzi haqqında fikirlərinə yer verilir. O, Heydər Əliyev Mərkəzinin çox gözəl, heyrətamiz bir bina olduğunu vurğulayır. Münsiflər heyətinin sədri mərkəzin memarlıq xüsusiyyətləri haqqında məlumat verərək onun həqiqətən də mükafata layiq olduğunu söyləyir.

Yazıda, həmçinin Heydər Əliyev Mərkəzinin quruluşu haqqında məlumat verilir.


Müəllif: