24 Oktyabr 2016 16:48
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Səhiyyə Təşkilatı (DST) depressiya ilə mübarizə ilinin başlandığını elan edib.

Teleqraf.com DST-nin saytına istinadla xəbər verir ki, 2017-ci ildə Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar keçiriləcək kampaniya depressiya mövzusuna həsr olunacaq.

Kampaniyanın əsas məqsədi depressiya, onun səbəbləri və fəsadları, xəstəliklə mübarizə metodları barədə əhalinin məlumatlılığını artırmaqdır.

Bütün ölkələrdə müxtəlif kateqoriyalarda və yaşda olan insanlar depressiyadan əziyyət çəkirlər. Depressiya psixi əzab verir, hətta ən adi gündəlik vəzifələri yerinə yetirmək üçün insan qabiliyyətinə mənfi təsir göstərir, dostlar və yaxınlarla münasibətləri korlayır.

Hazırda depressiya 15-29 yaşlı insanlar arasında intihara daha çox səbəb olur.


Müəllif:

Oxşar xəbərlər