26 Oktyabr 2016 11:00
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Azərbaycanda havanın temperaturu iqlim normasından 2-3 dərəcə aşağıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, əvvəldən də xəbər verildiyi kimi, Azərbaycanda bir neçə gündür qeyri-sabit və yağıntılı hava şəraiti davam edir.

Yağışlar bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlara sulu qar və qar yağıb. Ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraiti oktyabrın 27-dək davam edəcək.

Artıq sabahdan əksər bölgələrdən başlayaraq yağıntılar tədricən kəsiləcək.


Müəllif:

Oxşar xəbərlər