2 İyul 2014 13:37
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər kəs mənim yolu keçərkən qəzaya düşdüyümü zənn edir. Halbuki, yolun kənarı ilə gedərkən qəzaya düşmüşəm”

Bunu bir müddət öncə ağır qəzaya düçar olmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) əməkdaşı Ağanisə Sultanova deyib.

Hadisə bu il iyunun 19-da Səbail rayonu ərazisində baş verib. Jurnalist yaşadığı mənzilin yaxınlığında taxta yüklənmiş "VAZ-06" markalı avtomobili ilə vurulub.

Ağır bədən xəsarətləri almış Ağanisə Sultanova bir müddət Respublika Kliniki Xəstəxanasında müalicə olunub, indi evindədir.

Telejurnalist mətbuatda haqqında yazılan məlumatlardan narazılıq edib: “Ən yaralı yerim odur ki, haqqımda yanlış informasiyalar yazılıb. Guya Səhiyyə Nazirliyi mənə kömək edib. Sizə deyim ki, qətiyyən heç bir köməklik olmayıb. Mətbuatda haqqımda yazılanların hansı məqsədə xidmət etdiyini öyrənmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin nömrəsini tapıb, onunla əlaqə saxladım. Vəziyyətim pis də olsa, Anar Qədirliyə “bu informasiyanı yaymaqda sizin məqsədiniz nədir? Belə yanlış məlumatların getməsi nə dərəcədə doğrudur? Axı mənimlə nazirlikdən heç kim maraqlammayıb” dedim. Amma o, mənə tutarlı cavab vermədi”.

Qeyd edək ki, mətbuatda Səhiyyə Nazirliyinin xəstəyə göstərdiyi köməklik haqqında geniş informasiyalar yer almışdı. /Milli.az/


Müəllif: