28 Oktyabr 2016 12:57
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 28-də Lənkəran şəhərində cənub bölgəsinin sakinlərini qəbul edib.

Teleqraf.com-un məlumatına görə, nazirliyin müvafiq icra strukturu rəhbərlərinin iştirak etdiyi qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Bölgə vətəndaşlarının bir qismi, həmçinin nazirliyin müvafiq qurumlarının rəhbərləri tərəfindən qəbul olunub.

Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.


Müəllif:

Oxşar xəbərlər