Oxşar xəbərlər
Bakı-2015 ilk Avropa Oyunlarının məşəli yarışların başlanğıcından iki ay əvvəl alovlandırılacaq.
Bunu mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.
Onun sözlərinə görə, hazırda Beynəlxalq və Avropa Olimpiya komitələrinin qərarı gözlənilir: "Məlum olduğu kimi, Olimpiya məşəlinin yandırıldığı yer Yunanıstandır. Lakin ola bilsin ki, məşəl başqa yerdə alovlandırılsın. Bunun üçün xüsusi icazə lazımdır. Bunun üzərində iş aparılır və hələ vaxtımız var".
Nazir məşəlin Azərbaycanda "Yanar dağ"da və ya Atəşgahda yandırılmasını istisna etməyib. Alovlandırılan məşəl respublika ərazisində gəzdiriləcək. /Trend/