29 Oktyabr 2016 16:55
441

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 28-29-da Gəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ramil Usubov əvvəlcə Gəncə və Kəlbəcər, daha sonra Göygöl, Samux, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının qəbul üçün müraciət edən 90-a yaxın sakinlə görüşüb.

Nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun, operativ şəkildə həlli üçün aidiyyəti Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.

Xidməti fəaliyyətlə bağlı olan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb, digərlərinin aidiyyəti dövlət qurumlarına göndəriləcəyi nəzərə çatdırılıb.


Müəllif: