ABŞ-ın Texas ştatında yaşayan 19 yaşlı Kendall Consun Afrikadakı safarilərdə ovladığı heyvanların yanında çəkdirdiyi fotoları Facebook-da yaymasından sonra böyük qalmaqal yaranıb
AHT-yə istinadən bildirir ki, Kendallın ovladığı heyvanlar arasında bəbir, şir, fil, hippopotam, zebra, antilop da var.
K.Cons ovçuluğun qanuni olduğunu, safaridə ov üçün lisenziya aldığını desə də, Facebook-da onun fotolarının yasaqlanması ilə bağlı tələblər artır.
On minlərlə istifadəçi Facebook-un baş icraçı direktoru Mark Zukerberqə müraciət ünvanlayaraq fotoların sosial şəbəkədən silinməsini istəyiblər. /Milli.Az/