Bu gün sosial şəbəkələrdə Azərbaycanın erməni-rus işğalından təmizlənməsində xüsusi əməyi olan Nuru Paşanın nəvəsi Osman Mayatepekin dünən gecə vəfat etdiyi haqda xəbər yayılıb.
Bu xəbər bir çox saytlarda işıqlandırılıb. Hətta Osman Mayatepekin dəfn mərasimində Azərbaycan tərəfindən kimlərinsə iştirakının lazım olduğu ifadə edilib, bildirilib ki, məhz Nuru paşanın səyləri nəticəsində Qafqaz İslam Ordusu Azərbaycanı ələ keçirməyə çalışan erməni-bolşevik qüvvələrini təmizləyib. Bu mövzuda millətçi ideologiyanı müdafiə edən jurnalistlər aktivlik göstəriblər.
Lakin “Şərq” qəzetinin baş redaktoru, “Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında” mövzusunda dissettasiya müdafiə edən Akif Aşırlı bu iddialarla trazılaşmadığını bəyan edib.
Baş redaktor sosial şəbəkədə elan edib ki, dünən gecə vəfat edən Osman Mayatepekin Nuru paşanın yadigarı kimi təqdim olunması doğru deyil. Bununla əlaqədar olaraq baş redaktor konkret faktlar da göstərib: “ Ənvər və Nuru Paşanın bir yadigarı var, o da İstanbulda yaşayan Arzu Ənvərdi. Arzu Ənvər Ənvər Paşanın oğlu Alinin qızıdır. Bir dəfə Azərbaycana gəlib. Son dəfə Nuru paşanın qəbirüstü abidəsinin acılışında onunla görüşmüşəm. Türkiyənin mədəni, ziyalı elitası da Arzu Ənvəri varis kimi qəbul edir. Osman bəy Ənvər Paşanın bacısının nəvəsidir. Müqayisə aparılsa hər şey bilinər. Bir daha Osman bəyə Allahdan rəhmət diləyirəm”.
Cavad