Qazaxın Ermənistanla həmsərhəd kəndində yerləşən Ağstafaçay su anbarını düşmən ölkə ərazisindən gələn çaylar beş qol vasitəsilə qidalandırır. Ermənilər çaylara qəsdən zərərli maddələr atırlar, nəticədə su hövzəsi çirklənir, suyun rəngi dəyişir.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi məlumat yayıb.
İdarədən bildiriblər ki, su anbarının ətrafında təmizlik işləri aparılsa da, çaylarda su artdıqca zərərli maddələr yenidən əraziyə daxil olur. Ermənilərin ekoloji terrora məruz qoyduğu çaylarda aparılan monitorinqlər nəticəsində də suyun tərkibindəki spesifik çirkləndiricilərin həddindən çox olduğu müəyyənləşib.