Türkiyədə siyasi təlatüm davam etməkdədir. Həm regionda, həm də daxildə baş verən proseslər bu ölkədə milli baxışların üstünlük qazanmasını diqtə edir. Bu mənada Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq başqanı İlkər Başbuğun dünən Böyük Millət Məclisində 15 iyun Qiyamının Araşdırma Komissiyasındakı çıxışı diqqət cəlb edir.
Teleqraf.com İlkər Başbuğun çıxışının türk dünyası üçün əhəmiyyətini nəzərə alaraq qısa ixtisarla təqdim edir.
İlker Başbuğ bildirib ki, 15 iyun qiyamı ilə bağlı fikirlərini həm müsahibələrində, həm də kitabında açıq və net şəkilində ifadə edib: "Burada yeni bir şey söyləməyəcəm. Bura gəlməyimin iki səbəbi var. Birincisi, bu ali qurumun, TBMM-nin mənəvi səviyyəsinə duyduğum sayğıdır. İkincisi isə düşüncələrimi bu günə qədər çıxışlarımda, kitablarımda bildirsəm də, onların parlamentin arxivində saxlanılması mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Kitablar itə bilər, amma parlamentin arxivi 100 il sonra da yaşayacaq. Yazdığım 8 kitabı da parlamentin kitabxanasına bağışlamaq üçün gətirmişəm. Mən həmişə partiyalarüstü mövqedə olmuşan. Mənə suallar ünvanlayanda bunu nəzərə alın".
FETÖ-yə qarşı ən açıq mövqe sərgiləyən bürokrat, dövlət adamının özü olduğunu deyən Başbuğ gəlmiş-keçmiş bütün siyasətçilərin FETÖ-ün fəaliyyətini sosial xidmət kimi dəyərləndirdiklərini, buna qarşı çıxmağın vacibliyini anlamadıqlarını deyib.
Onun sözlərinə görə, 15 iyunda baş verənləri hərbi qiyam adlandırmaq Türkiyə Silahlı Qüvvələrinə qarşı böyük haqsızlıq olar: "Bu, FETÖ-ün Türkiyə Silahlı Qüvvələrinə sızdırdığı xuntanın vasitəsilə etdiyi bir qiyamdır. Baş verənləri oyun saymaq və ya başqa terminlərlə adlandırmaq yanlışdır. Qiyamın uğursuz olmasının əsas səbəbi Türkiyə Silahlı Qüvvələri komandir heyətinin qiyama qarşı olması və müqavimətidir.
“Qərargah rəisi olduğun dönəmdə - 2008-ci ildə Milli İstihbarat Təşkilarından (MİT) Fətullah Gülən camaatı ilə bağlı rapor istədim. Bir müddət sonra rapor verdilər. 100 səhifə idi. Raporu verəndə "Komandir, bunu sizə qeyri-rəsmi verirəm" dedilər.
Raporda Fətullah Gülən camaatı ilə bağlı ümumi bilgilər var idi. Amma bunlar kimdir, Türkiyə Silahlı Qüvvələrinə necə sızırlar, bu barədə məlumat yox idi. Sadəcə polislərlə bağlı məlumat vardı. Polislərin adlarını baş nazirə verdim. FETÖ-ün ən güclü tərəfi bilgi sahibi olmalarıdır".
Haqsız yerə həbsə məruz qalmış Başbuğa onunla birgə həbs edilmiş keçmiş əsgəri, hazırkı CHP millət vəkili Dursun Çiçek sual vermək istəyərkən keçmiş qərargah rəisi təbəssümlə "Dursun, səndəmi sual verəcəksən?" deyə bildirib.
"2002-ci ildən qiyama qədərki mərhələdə ən önəmli olay nə idi" sualına cavab olaraq Başbuğ bildirib ki, 26 oktyabr 2009-cu ildə hərbçilərin xüsusi görəvli məhkəmələr tərəfindən mühakimə olunmasına dair parlamentin qərarı FETÖ-çülərə böyük cəsarət verdi və ordunun əl-qolunu bağladı. Qərargah rəisi olduğum zaman baş nazirə "bu gün bizə, sabah sizə" dedim. Baş nazir "komandir, siz, bu məsələni çox böyüdürsünüz" bildirdi. Böyüdürdük, çünki çox ciddi təhlükə idi.
“Hakim Kadir Kayan Kozmik Odada (hərbi sirlərin saxlanıldığı yer) axtarış aparmaq üçün gəldi. Ona "Cənab baş nazirə məlumat verək, icazə versə axtarış apararsı" dedim. Amma nəticəsi olmadı. Axtarış apardılar. 25 dekabr 2009-cu ildə axtarış başladıŞ 20 yanvar 2010-cu ildə bitdi. Sirlərin çoxu rəqəmsal idi. Kadir Kayan da heç nə əldə edə bilmədi, icazə vermədik. Çuval-çuval sənədlər çıxdı, dedilər. Yalandır. Hakimin baxdığı bütün sənədləri Qərargahda kassada gizlətdik, kənara çıxarmadıq. 16 mart 2013-cü ildə prokuror Mustafa Bilgili sənədləri istədi, verdilər. Sənədlər Qərargahdan çıxdı və TÜBİTAK (Türkiyə Elm və Texnoloji Araşdırma Mərkəzi) yetkililərinə qədər bir çox adama paylandı. Kozmik Odada Uğur Mumcu, Ahmet Taner Kışlalı kimi qeyri-müəyyən cinayətdə ittiham olunan şəxslərlə bağlı araşdırma aparıldı. Onların Türkiyə Silahlı Qüvvələrilə əlaqələri araşdırıldı. Onların Kozmik Odaya girmələrinə icazəni mən verdim. İcazə verməsəydim "bütün qeyri-müəyyən cinayətlər" üstümüzə atılacaqdı. Peşman deyiləm, doğru addım atdığıma inanıram".
İ.Başbuğ qeyd edib ki, FETÖ əsasən 2002-2012-ci illər arasında güclənib: "Sabiq ədliyyə naziri deyir ki, 64 hakim FETÖ üzvü olub. Bizim əlimizdə 64 nəfərin FETÖ-çü olduğuna dair bilgi olsaydı, yaxalarından tutub atardıq. 2002-2007-ci illərdə AKP cəmaatın qarşısını kəsmişdi. Hələ onda Türkiyə Silahlı Qüvvələrilə qarşıdurmaya girməmişdilər. 2007-ci il Türkiyə siyasi tarixində dönüş nöqtəsidir. Həmin vaxtdan siyasi iqtidar Gülən camaatı ilə ittifaqa girdi və Türkiyə Silahlı Qüvvələrinə qarşı kampaniyaya dəstək verdi. AKP ilə Gülən camaatının münasibətləri 2011-ci ildə qırıldı. Həmin vaxt parlament seçkilərində camaat daha çox mandat istədi və münasibətlər bu zaman pozuldu. 2012-ci ildə məni görəvdən aldılar. Bu bır sınaq, test idi. "Qərargah rəisini aldıq, toplum və Silahlı Qüvvələr təpki göstərmədi" deyə düşündülər.
Sonra MİT Müsteşarı olayı oldu. O zaman Baş nazir durumun ciddiliyini anladı. Sonra sıra Baş nazirə gəldi. Savaş məncə 2012-ci ildə başladı. Bu proses 14 iyul 2016-cı ilə qədər gəlir. Bu müddət ərzində cənab Baş nazirin FETÖ ilə ciddi şəkildə mübarizə apardığını görürü. O, təkbaşına mübarizə aparırdı. 2008-2010-cu ildə də mən təkbaşına mübarizə aparırdım. Əgər 2012-ci ildən sonra hər kəs prezidentə dəstək olsaydı 15 iyun qiyamı olardı ya olmazdı?
Komissiyada AKP üzvü Ravza Kavakçının ordunun dini baxışları ilə bağlı sualına CHP millət vəkili Mustafa Akaydın reaksiya verincə, tərəflər arasında qalmalal yaşandı. Qalmaqala İlkər Başbuğ yüksək səslər belə müdaxilə etdi: "Mənim olduğum yerdə savaşmayın. Mən məhkəməni belə tərk etdim". Bundan sonra deputatlar sakitləşdilər.
İlker Başbuğ "15 iyun qiyamı Türkiyə Silahlı Qüvvələrini gözdən salmağa yönəlmişdimi" sualına belə cavab verdi.
“Mən Qərargah rəisi olduğum dönəmdə, xüsusilə Cənubi Amerikadakı ordulara qarşı kampaniyanın necə aparıldığını araşdırdım. Ordunu çökdürməyin üç yolu var.
1- Ordunun funksiyalarını yerinə yetirə bilmədiyinə dair təbliğat aparmaq. Biz bunu 2007-ci ildə Dağlıca hadisələrində yaşadıq. (PKK-nın türk taborunu mühasirəyə alması nəticəsində 12 türk əsgəri şəhid oldu, 16 əsgər yaralandı - red) Bu, sadəcə PKK-nın işi deyildi. Həmin dövrün qəzetlərini açın, baxın. Görün, nələr yazırdılar.
2- Silahlı qüvvələrə şər atacaqsan, ittiham edəcəksən, onu terror şəbəkəsi adlandıracaqsan. Bu da edildi, amma Allaha şükür nəticə vermədi.
3- Silahlı qüvvələri qiyam təşəbbüsünə sürükləyirsən, amma elə edisən ki, qiyam başarısız olur. 15 iyun olayları da buna hesablanmışdımı, bilmirəm. Bunun araşdırılmalı mövzu olduğunu düşünürəm.
Başbuğ çıxışının sonynda bunları dedi: "Güclü ordu, güclü Türkiyə deməkdir. Güclü ordu olmadan heç bir şeyiniz olmaz. Belə bir ordusu olduğu üçün bu millət şanslıdır. Bu ordunun qürurunu, onurunu, moralını qoruyaq. Güclü ordu olmadan güclü Türkiyə, güclü Türkiyə olmadan da güclü ordu olmaz”.
Ruslan Xəlil