4 Noyabr 2016 20:42
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Türkiyədə HDP-li deputatların həbsinə münasibət bildirib.

AB-nin xarici əlaqələr və təhlükəsilik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini bildirib ki, terror təşkilatları siyahısında yer alan PKK-ya qarşı əməliyyatlar aparmaq Türkiyənin hüququdur: "Amma bu cür əməliyyatlar demokratiyanın təməl prinsiplərini baltalamamalıdır. HDP-li deputatların terror fəaliyyətini dəstəkləmək ittihamı ilə həbs olunmaları AB-ni ciddi şəkildə narahat edir. Həbs edilənlər arasında olan HDP sədrləri Figen Yüksekdağ və Selahattin Dəmirtaş demokratik yolla seçilmiş liderlərdir. Onlar etibar etdiyimiz və dəyər verdiyimiz şəxslərdir. 130 millət vəkilinin toxunulmazlığının qaldırılmasına dair müzakirələr narahatlığımızı artırı. Baş verənlər Türkiyədə parlament demokratiyasının riskə atır və ölkənin şimali-qərbindəki gərginliyi daha da artırır. Biz baş verənləri yaxından təqib edirik. Türkiyədən insan haqları və hüququn aliliyinə hörməti təmin etməsi istənilir".

Avropa Parlamentinin başqanı Martin Şulz yazılı açıqlamasında həbsləri pisləyib: "Türk yetkililər Türkiyəni sadəcə demokratiyadan uzaqlaşdırmır, eyni zamanda AB-Türkiyə münasibətlərinin təməlini təşkil edən dəyərlərə, prinsiplərə arxasını çevirir".

İngiltərənin xarici işlər naziri Boris Cohnson "Türkiyənin çox dəhşətli qiyam cəhdi yaşadığını hər kəs bilir. Türkiyədə baş verənləri anlamamız gərəkdir. Avropa ölkələri qiyam cəhdinə təpki göstərərkən durumu doğru anlamadılar. Türkiyəyə güvənməyimiz, terrorla mücadiləmiz və Suriyadakı böhranı idarə etməkdə çox əhəmiyyətlidir. Ancaq bu dost ölkədə mətbuat və siyasi partiyalarla bağlı ciddi narahatlıqlar keçirmək haqqımız var".

Ayxan


Müəllif:

Oxşar xəbərlər