Ötən il dekabrın 4-də Xəzər dənizində baş vermiş təbii fəlakət zamanı “Günəşli” yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə təmir-bərpa işləri davam etdirilir.
SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, ötən gecə təxminən saat 23 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində özüldə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub.
İşçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyə olunub. Hadisə yerində ekspertlər tərəfindən texniki müayinə aparılıb, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmayıb.
Hazırda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təmir və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.
İlhamə ƏBÜLFƏT