5 Noyabr 2016 16:35
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü ilə keçirilən II Azərbaycan Elm Festivalı Gəncədə işini başa çatdırıb.

Teleqraf.com-un məlumatına görə, tədbir iştiraklçıları Azərbaycan Minatür Kitab Müzeyinin Gəncə filialında nümayiş etdirilən miniatür kitablara baxıblar, "Qədim və müasir elm, mədəniyyət mərkəzi olan Gəncə" adlı sərginin ekspozisiyası ilə tanış olublar.

Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, ölkəmizdə elm festivallarının keçirilməsi artıq bir ənənəyə çevrilib. Çox yaxşı haldır ki, Elm festivalı ölkəmizin böyük şəhərlərində, aparıcı elm və təhsil müəssisələrində davam etdirilir.

Tədbirdə akademiyanın vitse-prezidenti İbrahim Quliyev ölkəmizdə ikinci dəfə keçirilən elm festivalının elmi nailiyyətlərimizin daha geniş təbliğində, müasir elmi biliklərin təbliği və gəncləri elmi fəaliyyətə cəlb etməklə onlarda elmi-tədqiqat axtarışlarına marağın artırılmasında mühüm rolunu vurğulayıb.

AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev son illər Gəncədə əldə olunan elmi nailiyyətlərdən danışıb.

Çıxışlarda festivalın keçirilməsinin əhəmiyyətindən danışılıb, elmimizin nailiyyətlərinin təbliğində bu cür tədbirlərin mühüm rolu xüsusi vurğulanıb.

Tədbirdə geniş fikir mübadiləsi olub, müxtəlif elmi rəy və mülahizələr səslənib.


Müəllif:

Oxşar xəbərlər