7 Noyabr 2016 16:24
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Rabitə və Yüksək Texnologiyalar naziri bu ayın sonu Azərbaycana səfər edəcək.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.

O qeyd edib ki, dekabrda TürkPA-nın yeni binasının açılışı ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin başqanı Azərbaycana gələcək. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycanın münasibətləri dinamikdir və başqa səfərlər də istisna olunmur.

Nərgiz


Müəllif: