11 Noyabr 2016 11:03
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin kimliyi məlum olub.

"APA-Economics" hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya istinadən xəbər verir k, itkin düşən şəxsin adı Qalib Hacıyevdir.


Mirvari Qəhrəmanlının "Facebook" sosial şəbəkəsindəki paylaşımına cavab olaraq istifadəçilərdən biri qeyd edib ki, Qalib Hacıyev "KCA-Deutag" şirkətinin əməkdaşıdır.

Noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. Qeyri-rəsmi məlumatlara görə, qazmaçının cəsədi noyabrın 10-da xüsusi dalğıc qurğusunun apardığı axtarış nəticəsində Dərinsulu Günəşli platformasının altından tapılıb. Burada suyun dərinliyi 120 metrə yaxındır.

***

İtkin düşən neftçinin cəsədinin tapılması xəbəri rəsmən təsdiqlənib.

“Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən “Dərinsulu Günəşli” platforması yaxınlığında dəniz dibindən cəsəd çıxarıldığını bildiriblər.

Qeyd olunub ki, cəsəd sahilə gətirilib və hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd edək ki, noyabrın 8-də səhər saatlarında “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb.


Müəllif:

Oxşar xəbərlər