11 Noyabr 2016 13:07
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əvvəllər II tip şəkərli diabet xəstəliyinə (ŞD) 45-50 yaş arasında rast gəlinirdisə, indi hətta bir yaşında uşaqlarda da bu xəstəlik aşkarlanır”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib.

I tip ŞD-li xəstələri arasında 1150 nəfər uşağın olduğunu deyən direktor müavini bildirib ki, onların 99 faizi insulindən asılı formadadır: "Bu ilin dövlət büdcəsindən ŞD-lə bağlı dövlət proqramına 40,1 mln manat ayrılıb. Xəstələrin sayında artım və cavanlaşma müşahidə olunur.

Dünyada bu gün 500 mindən artıq uşaq I tip şəkərli diabetlə xəstədir. Əvvəllər II tip xəstəliyə 45-50 yaş arasında rast gəlinirdisə, indi 30 yaşında bu xəstəliyə rast gəlinir. Hətta bir yaşında da uşaqlarda bu xəstəlik olur.

Dünyada hər 11 nəfərdən biri şəkərli diabetlə xəstıdirsə, bu rəqəm 2040-cı ildə hər 10 nəfərə düşəcək. Hər 6 saniyədən bir xəstə şəkərli diabetin fəsadlarından vəfat edir. Bu ya infarkt, ya insult, ya da böyrək çatışmazlığı səbəbindən olur. Dünyada 46,5 faiz insanın (yəni hər iki nəfərdən biri) öz xəstəliyindən xəbəri yoxdur".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər