14 Noyabr 2016 12:25

Uzun müddət ATV ekranlarına çıxan və geniş əks-səda doğuran “Səni axtarıram” proqramının çəkilişlərində efirə getməyən kadrlar yayılıb. Xoşqədəm Hidayətqızının müəllifi olduğu verilişin kadrarxası görüntüləri birmənalı qarşılanmayıb.

Qeyd edək ki, kadraraxası videolarda müəllifin iştirakçıları yönləndirdiyi, bu səbəbdən faktların təhrifə uğradığı və məzmunun məqsədyönlü şəklildə dəyişdiyi nəzərə çarpır.

Teleqraf.com məsələnin hüquqi tərəfini araşdırıb. Hüquqşünas Ruslan Əhmədoğlu bildirib ki, bu tip videonu yayanlar adətən tədbirli olurlar: “Bacardıqları qədər videoları xarici və vatsap nömrələrindən, eləcə də digər kanal portallarından elə ötürürlər ki, onun mənbəyini müəyyənləşdirmək çətin olur. “Səni axtarıram” vaxtilə ATV, ANS telekanallarında, hazırda isə “Xəzər” televiziyasında yayımlanır.

Bu, müəllif proqramıdır. Layihə müqavilə əsasında yayımlanır. Sosial şəbəkələrdə videonun ATV tərəfindənn yayıldığı ehtimalı səslənir. Ancaq bu məsələ araşdırılmalıdır. Veriliş iştirakçısına iynə vurub xərəkdə studiyaya gətirilməsi epizodunda Xoşqədəm Hidayətqızını ittiham etmək düzgün deyil. İynə vurmaq təklifini həkim adına yaraşmayan ağxalatlı xanım edib.

Bununla belə, layihənin rəhbəri Xoşqədəm Hidayətqızıdır. ATV deyə bilər ki, məhz bu cür neqativ hallarıa görə həmin verilişin yayımı dayandırılmışdı. Məncə, telekanalı ittiham eləmək çətin olacaq. Ancaq təklifin icraçılarını araşdırmaq lazımdır. Sən nə ixtiyarla kiməsə iynə vurub, iflic edirsən?

Yayılan videolarda Xoşqədəm Hidayətqızının iştirakçılara istiqamət verməsini jurnalist taktikası kimi də qəbul eləmək olar. Onu da əlavə edim ki, bu videonun məhz indiki vaxtda, verilişin müəllifinin fəxri ad almasından sonra yayılması da maraq doğurur”,

Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Teleqraf.com-a məsələ ilə bağlı heç bir açıqlama vermək istəmədiyini deyib.

Rəqsanə


Müəllif:
Загрузка...