3 İyul 2014 14:09
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda göldə çimərkən 3 nəfər suda boğulub.

Teleqraf.com bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 02 iyul 2014İyulun 2-də Masallı rayonu Tiyaqani kənd sakinləri Qadir Mehdiyev, İlkin Quluzadə və onun qardaşı Ələsgər kənd ərazisindəki göldə çimərkən suda boğulublar.

Onların meyitləri xilasedicilər tərəfindən sudan çıxarılıb.

Qeyd edək ki, suda boğulanların hamısı azyaşlı uşaqlar olub.

Belə ki, İlkin Quluzadə 2005-ci il təvəllüdlü, onun qardaşı, Ələsgər Quluzadə 2007-ci il təvəllüdlü, Qadir Mehdiyev isə 2004-cü il təvəllüdlü olub.

/ANS PRESS/


Müəllif: