3 İyul 2014 15:06
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaşayan 19 yaşlı gənc qız Suriyada döyüşən İŞİD döyüşçüsünün tələsinə düşüb.

Gənc qız aşiq olduğu gəncə görə Suriyaya getməyə qərar verib. Türkiyə sərhədini keçərək Suriyaya getməyi planlaşdıran qız hava limanında təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. Conli adlı qız terror təşkilatına maddi dəstək etməyə təşəbbüsdə günahlandırılıb.

Conli İŞİD döyüşçüsü ilə internetdə tanış olub və evlənmək qərarına gəlib. Gənc qızın ailəsi Conlinin evlənmək istədiyi adamın 32 yaşında tunisli bir şəxs olduğunu söyləyib.

Gənc qız isə öz növbəsində İŞİD-ın terror təşkilatı olduğunu bildiyini, həbs olunma ehtimalının olduğunu və bu səbəblə bir daha ABŞ-a geri dönməmək üzrə yola çıxdığını söyləyib. Conli təhlükəsizlik əməkdaşlarına ifadəsində döyüşə qarşı olduğunu deyib: "Əgər döyüş məcburidirsə, o zaman bəli döyüşərəm. Bunu istəyərək etməsəm də döyüşərəm".

ABŞ-lı səlahiyyətlilər 19 yaşındakı Conlinin hərbi təhsil almaq üçün ötən ilin dekabr ayında ABŞ ordusuna yazılma cəhdi etdiyini bildirib.

/ans press/

Müəllif: