Gürcüstanla Rusiya arasındakı magistral yolda əlverişsiz hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin və avtobusların hərəkəti qadağan edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Teleqraf.com-a verilən məlumata görə, Gürcüstan ərazisindən keçərək Rusiyaya gedən bu qəbildən avtomobillərin təyinat nöqtələrinə çatmaq üçün Azərbaycan ərazisindən keçəcəyi və müəyyən sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postu qabaqlayıcı tədbir kimi gücləndirilmiş iş rejiminə keçib.
Hələlik gömrük postunda heç bir sıxlıq müşahidə olunmur.