3 İyul 2014 15:23
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsti yay günlərində Bakının bir qəsəbəsi susuz qalıb.

Teleqraf.com bildirir ki, Xəzər rayonu Yeni Qala qəsəbəsi Əliağa Vahid küçəsinin sakinləri qəsəbənin yarandığı gündən heç vaxt su görmədiyini deyirlər. Son 2 ildə isə qəsəbəyə “Azərsu” işçiləri gələrək su çəkilişi ilə bağlı baxış keçiriblər və əsas su boruları da çəkilib. Ancaq bunu bütün küçələrə aid etmək olmaz. Sakinlər deyir ki, bəzi evlərə əsas xətdən borular çəkilərək sayğac da quraşdırılıb. Xeyli mənzil isə su üzünə həsrətdir. Şikayətçilərin sözlərinə görə, əhali qazancını əsasən suya olan ehtiyacını ödəmək üçün sərf edir. Qışda bir maşın su ilə keçinə bilsələr də, yay aylarında bu ehtiyac iki qat artır. Bir maşın suya isə 25-30 manat pul verilir.

Sakinləri daha çox maraqlandıran isə odur ki, əgər əsas xətlər çəkilibsə onda niyə evlərə suyun verilməsi işi yarımçıq saxlanılır?


“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildirilib ki, dövlət proqramına əsasən bütün qəsəbələrdə kanalizasiya və su xətlərinin çəkilişi mərhələli şəkildə aparılır. Elə sözügedən qəsəbədə də əsas su boruları çəkilib. Sadəcə evlərdə sayğaclaşma işləri və suyun verilməsi qalıb. Bu isə 15-20 gün ərzində həll olunacaq. Ancaq qəsəbədə elə küçələr var ki, əsas su və kanalizasiya xəttləri hələlik çəkilməyib. Bir il müddətinə isə həmin ərazilərdə də işlərə başlanılacaq.

ANS TV


Müəllif: