18 Noyabr 2016 14:25
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Zakir Qaralov Şabran rayonunda vətəndaşlarla görüşəcək.

Teleqraf.com xəbər verir ki, görüş bu il noyabrın 25-də, saat 10:00-da Şabran rayon prokurorluğunun inzibati binasında baş tutacaq.

Baş prokuror həmin gün Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Qəbulda prokurorluq orqanlarının səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şabran şəhərinə gəlişinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər