3 İyul 2014 16:13
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Bakıda müvəqqəti avtomobil duracaqlarında quraşdırılmış parkomatlarda plastik kartlarla da ödəniş etmək mümkün olacaq

Bu haqda Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəis müavini Lətif Axundov deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı parkomatlarda uyğunlaşdırma işləri aparılır: "Bu məsələ, yəqin ki, iyul ayının ortalarında öz həllini tapacaq. Yəni sürücü adi maaş kartı ilə də yaxınlaşıb avtomobilin ərazidə saxlanmasına görə müvəqqəti duracaqlarda quraşdırılmış parkomatlarda müvafiq ödəniş edə biləcək".

Bundan əlavə L.Axundov bildirib ki, paytaxtın bəzi mərkəzi hissələrində qiymətlərin aşağı salınması nəzərdə tutulur: "Məsələn, konkret olaraq metronun "28 May" stansiyasının ətraf ərazilərində müvəqqəti duracaqlarda avtomobilin saxlanmasına görə tətbiq edilən qiymətlərin aşağı salınması gözlənilir. Hazırda bu məsələyə baxılır. Yəni orada bir saata görə ödəniş 1 manat yox, 50 qəpik olacaq. Hətta elə yerlər olacaq ki, orada bir saata görə ödəniş 30 qəpik təşkil edəcək".

/trend/


Müəllif: