21 Noyabr 2016 12:51
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Səhiyyə Nazirliyinin təşkilatcılığı ilə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ölkədə yol nəqliyyat hadisələri zamanı zərərçəklərə göstərilən tibbi yardıma həsr edilmiş tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə qeyd edilib ki, 2007-2016-cı illər ərzində “113” xidmətinin dispetçer mərkəzinə yol nəqliyyat hadisələri ilə bağlı 9394 müraciət qəbul edilib.

Bu hadisələr zamanı 12223 zərərçəkənə tibbi xidmət göstərilmişdir. Bu pasientlərdən 7866 (64%) nəfər xəstəxanaya yerləşdirilib. 2016-cı il yanvar-oktyabr aylarında yol nəqliyyat hadisələri ilə bağlı 794 müraciət qeydiyyata alınıb. Bu isə keçən ilin analoji göstəricisindən 15 faiz azdır. Bu hadisələrdə 1140 zərərçəkən qeydə alınıb, bu isə keçən ilin analoji göstəricisindən 7 faiz azdır.

Ümumilikdə zərərçəkənlərin 758 (66 faiz) nəfəri xəstəxanaya yerləşdirilib.

Yol nəqliyyat hadisələri ilə bağlı çağırışlar ən çox Şirvan, Kürdəmir, Yevlax, Siyəzən, Gəncə və İmişli məntəqələrinin xidmət göstərdiyi ərazilərdə baş verib.

Tədbirdə qeyd edilib ki, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2009-2016-cı illər ərzində yol nəqliyyat hadisələri ilə bağlı daxil olan müraciətlərin və zərərçəkənlərin sayı həmçinin son 2 il ərzində azalmağa doğru gedir.

Sevindirici haldır ki, son zamanlar ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayı da azalıb.

2016-cı ilin yanvarından noyabr ayınadək yol nəqliyyat hadisələrində xəsarət alanların sayı 1984, xəstəxanaya yerləşdirilənlərin sayı 1677 nəfər təşkil edib. BŞTTTYS-nın 21 bölməsi üzrə aparılan araşdırmalar göstərir ki, yol nəqliyyat qəzaları daha çox Bakı şəhərinin Sabunçu, Yasamal, Binəqədi və Nərimanov rayonlarının payına düşür: “Yol nəqliyyat hadisələri zamanı çağırışı icra edən təcili yardım briqadaları zərərçəkənləri aldıqları xəsarətin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidləyərək, vəziyyəti çox ağır olanları ilk növbədə hospitalizasiya etməklə həmin şəxsin əlil olmamaq və həyatda qalmaq şanslarını artırır. Ürək-ağ ciyər reanimasiyası zamanı ürəyin qapalı masajı və süni tənəffüs verilməsini mükəmməl bilən şəxslər zərərçəkənə yardım edə bilər. Lakin reanimasiya və ya ilkin yardım qaydalarını düzgün bilməyən şəxslər istəmədən zərərçəkənə ziyan vura və ya vəziyyətinin ağırlaşmasına, hətta əlil qalmasına və ölməsinə səbəb ola bilərlər”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər