3 İyul 2014 18:50
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir nəfər çoxmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib.

Hadisə Heydər Əliyev prospektində yerləşən yeni inşa olunan binalardan birində qeydə alınıb.

Bakı şəhər sakini Orucov Elvin Bəhruz oğlu binanın damına çıxaraq özünü atmağa cəhd edib. Hadisə yerinə gələn polis əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin səyi nəticəsində intihara cəhdin qarşısı alınıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

/apa/


Müəllif: