3 İyul 2014 19:10
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin mədəniyyət işçiləri və sənətkarlarından ibarət nümayəndə heyəti bu gün Tovuzda ön cəbhədə bir sıra görüşlər keçiriblər.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Seyidəhməd bəy Arslanın rəhbərlik etdiyi nümayəndə heyəti öncə Tovuzun düşmənlə sərhəddə yerləşən Ağdam kəndinə gəlib. Burada onlara düşmənin təmas xəttində mütamadi olaraq təxribat törətdikləri, atəşkəs rejimini tez-tez pozmaları və kənd sakinlərinin yaşayış tərzi haqda geniş məlumat veriblər.

Daha sonra türkiyəli qonaqlar Tovuzda yerləşən N saylı hərbi hissənin əsgərləri ilə görüşüblər. Çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, son illər bu sahədəki inkişafdan söhbət açaraq bildiriblər ki, Azərbaycan əsgəri düşmən işğalında olan torpaqlarımızın azad olunmasına hazır vəziyyətdədir. Xidmətdə fərqlənən bir qrup əsgərə hədiyyələr verilib.

Türkiyəli qonaqlara isə Azərbaycan ordusunun hərbi geyimləri hədiyyə olunub.

/kepez tv/


Müəllif: