3 İyul 2014 21:00

İraq ordusunun təşkil etdiyi hava hücumları nəticəsində 18 mülki şəxs ölüb.


İraq ordusunun təyyarələri Ramadi şəhərində İraq və Şam İslam Dövləti qruplaşmasının mövqelərinə endirdiyi hava zərbələrindən ölənlərin əksəriyyəti qadınlar və uşaqlar olub.

İŞİD İraq ordusunun çəllək bombalarından istifadə etdiyini bəyan edib.

Bu arada Ramadi şəhərinin tayfa mənsublarından biri Anadolu agentliyinə verdiyi açıqlamada bildirib ki, İŞİD silahlıları İraq ordusu geri çəkiləndən sonra 4 bölgəni ələ keçirib. Bunlar Ramadi şəhərinin şimalında yerləşən Buzyab, Buali el-Casim, Buassaf, Bumahal yaşayış məntəqələridir.

/ans/press/


Müəllif:
Загрузка...