24 Noyabr 2016 16:21
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda dini yerlərə ziyarətlərlə əlaqədar qaydalar var. Həmin dini yerlərə ziyarət təşkil edənlər, ora gedənlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığını almalıdırlar".

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, bu qaydalar yalnız Həcc ziyarətinə şamil edilmir: “Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanı ilə imzalanmış protokol əsasında təşkil edir. Digər ziyarətlər üçün icazə alınmalıdır. Təəsüüf ki, digər yerlərə ziyarətlər edən şirkətlər qeyri-qanuni işlərlə məşğul olurlar”.

Dövlət Komitəsinin sədri bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır: "Bu məsələ ilə bağlı müəyyən qurumlara tapşırıqlar da verilrib. Yüzlərlə insan ziyarət adı atı altında xaricə aparılır. Onların bəziləri Azərbaycanın maraqlarına zidd hərəkətlər edirlər”.


Müəllif:

Oxşar xəbərlər