4 İyul 2014 09:51
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yeni edam görüntüləri yayılıb.

İŞİD terror qruplaşmasının bu dəfəki qurbanları iranlı vətəndaşlar olub. İŞİD silahlıları onların əl-qolunu bağlayıb başlarına torba keçirərək meydanda hamının qarşısında cəzalandırıldıqlarını elan edirlər.

Daha sonra isə silahlılar əl-qolu bağlı qurbanları qayalıq bir yerə apararaq "Allahu əkbər" nidaları altında uçurumdan üzü aşağı atıblar.

Qeyd edək ki, İŞİD silahlıları hər gün döyüşlərdə onlarla insana bu cür vəhşiliklər edirlər.

/ans press/


Müəllif: