30 Noyabr 2016 11:52
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda İİV-ə yoluxma halları arasında 4 əsas risk qrupu var. Bunlar məhbuslar, homoseksuallar, seks biznes işçiləri, inyeksiyon yollarla yoluxanlardır".

Teleqraf.com xəvər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, ötən il bu 4 risk qrupu arasında monitorinq keçirilib və onlar atrasında QİÇS-ə yoluxma halının azaldığı müşahidə edilib:

“2011-ci ilə qədər QİÇS-ə yoluxma ilə bağlı küçə uşaqları da risk qrupuna daxil idi. Lakin biz küçə uşaqları arasında kəşfiyyat-epidomoliji nəzarət tədbiri həyata keçirdik. Onlar arasında İİV-ə yoluxma halı müəyyən edilmədi. Ona görə küçə uşaqlarını risk qrupundan çıxarıldı”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər